XİN-dən İstanbuldakı terrorla bağlı - Bəyanat

img

07-06-2016 [13:59]


Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Türkiyənin İstanbul şəhərində törədilən dəhşətli terror aktı ilə bağlı bəyanat yayıb.

Mia.az XİN-ə istinadən xəbər verir ki, bəyanatda Azərbaycan XİN İstanbul şəhərində törədilən qanlı terror aktını qəti şəkildə qınayıb:

"Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.

Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan Respublikası vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA