Maskalılar baş həkimin evinə basqın etdi, qızıllarını apardılar - Azərbaycanda!

img

03-06-2016 [18:14]


Bu gün səhər saat 10.00 radələrində Şirvan şəhər Doğum evinin baş həkimi Sevda Həsənovanın Şirvan şəhəri Z.Hacıyev küçəsi 1, mənzil 14 ünvanında yerləşən fərdi yaşayış evinə 3 nəfər maskalı şəxs daxil olub. (APA)

Həmin vaxt evdə tək olan baş həkimin qaynanası Sudsa Bəylərovanın ağzını bağlayan maskalı şəxslər evi axtararaq oradan 25 min manat dəyərində qızıl-zinət əşyaları götürərək aradan çıxıblar. Quldurluq edən şəxslər yaşlı qadına xəsarət də yetiriblər.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Cinayəti törədən şəxslərin tapılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA