Keçmiş məmurun pul seyfini oğurlayan iki nəfər saxlanıldı - DİN-dən açıqlama

img

26-05-2016 [15:07]


"İçərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlamış paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulub".

Mia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də Bakı şəhər sakini Mübariz Mədətova məxsus evdən içərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlamış paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov saxlanılıb.

Xatırladaq ki, Mübariz Mədətov Xəzər Dəniz Gəmiçilik İdarəsinin keçmiş sədr müavinidir. O, daha çox qəza törədən oğlunun əməlləri ilə gündəmə gəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA