Kişi boşanmaq istəyən arvadını bıçaqladı - Bakıda

img

24-05-2016 [15:09]


Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Özbəkistan küçəsində qeydə alınıb.

Belə ki, Bakı sakini 36 yaşlı Hacı Mürvətov ailə münaqişəsi zəminində həyat yoldaşı 27 yaşlı Günay Muradovaya qol və boyun nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib. G.Muradova 3 Saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

H.Mürvətov saxlanılıb. İstintaq davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl G.Muradova boşanmaq üçün Xətai Rayon Məhkəməsinə müraciət edib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA