XİN-nin şöbə müdirinin həbs edilən oğlu haqda DYP-dən - AÇIQLAMA

img

24-05-2016 [14:55]


Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Abdullayevin avtoxuliqanlıq etməsi sosial şəbəkələrdə və mediada geniş müzakirə mövzusudur.

Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov gündəmi zəbt edən məsələ ilə bağlı AzVision.az-a açıqlama verib.

DYP rəsmisi bildirib ki, Nicat Abdullayev 2016-cı ilin 5 ayı ərzində 3 dəfə qanunvericiliyi pozan hadisə törədib.

"Nicat Abdullayev ilk dəfə yol polisi əməkdaşlarının saxlama əmrini yerinə yetirmədiyi üçün 20 sutka həbs alıb. Bundan sonra qonşuları ilə dava etdiyi üçün cəzalandırılıb. Həmin şəxs, 3-cü dəfə avtoxuliqanlıq etdiyi üçün saxlanılıb və sürücülük hüququndan məhrum edilib. Nicat Abdullayev cəmiyyətə açıq şəkildə hörmətsizlik edib və bu əməlinə görə ona 20 sutka həbs cəzası verilib”. 

V.Əsədov N.Abdullayevin atasının vəzifəli şəxs olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. DYP rəsmisi qeyd edib ki, kimsə kiminsə kölgəsində toxunulmaz olduğunu düşünməsin:

"Nicat Abdullayev əməlini boynuna aldı. Qaydaları pozdunuğu, cəzasını çəkməyə hazır olduğu bildirdi. Yol hərəkəti haqqında qanun onu yerinə yetirmək üçündür. Heç kim bu məsələdə özünü kənara çəkməsin və toxunulmaz hesab etməsin. Bu tələblər birmənalı yerinə yetirilməlidir”.

Qeyd edək ki, "avtoş” tələbənin atası Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA