Həbs edilən sabiq nazirdən yeni xəbər var - Vəkil danışdı

img

19-05-2016 [20:41]


Vəkil Tofiq Allahverdiyev Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovla görüşüb.

Bu barədə APA-ya məlumat verən T. Allahverdiyev bildirib ki, Naxçıvan Muxtar Respublikasında Penitensiar Xidmətinin istintaq təcridxanasında saxlanılan V. Ələsgərovun saxlanma şəraiti normaldır, hər hansı şikayəti yoxdur. T. Allahverdiyev V. Ələsgərovun barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan apellyasiya şikayəti verəcəklərini də deyib.

Qeyd edək ki, V. Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur. V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA