Gənc şairin evinə oğru girib - Açıqlama

img

19-05-2016 [11:11]


Gənc şair Şəhriyar Del Geraninin yaşadığı mənzili yarıblar.

AzNews.az-ın məlumatına görə, bu barədə şair sosial şəbəkədə yazıb. O, evə girən oğruların yalnız kompüteri apardığını bildirib:

"Pəncərənin "raşotka"sını divardan ayırıb giriblər evə. Evi "şumon" ediblər, amma heç nəyi aparmayıblar, bircə kompüterimi götürüblər. Düzü, elə qiymətli əşyalarım-filan da yoxdur aparılası. Qol saatlarım, gitara, bir neçə suvenirlər... 

Guya kompüterin nə qiyməti var? 150-200 manata sata-satmaya. Amma, onun içində nə qədər mətnlər, qeydlər, çap olunmamış şeirlər, hekayələr vardı. O nadan nə bilsin mənə hansı ağır, hansı sarsıdıcı zərbəni vurub? 

Heç bilmirəm ərazi polisi tapacaqmı, tapmayacaqmı? Tapılsa belə, o kompüter salamat olacaqmı, olmayacaqmı? Elə indicə ərazi polisləri gəlib ilkin baxış keçirdilər. Sabah görək nə olur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA