Saakaşvili azərbaycanlı iş adamını həbslə hədələdi - VİDEO

img

18-05-2016 [17:12]


"Mən Gürcüstanda prezident olanda, belə insanlar türmədə otururdular”.

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili və Odessa gömrüyünün rəhbəri Yuliya Maruşevskaya Dövlət Fiksal Xidmətinin (DFX) rəisi, əslən azərbaycanlı olan Roman Nəsirovu Odessa gömrüyündə bütün anti-korrupsiya layihələrinin qarşısını almaqda ittiham ediblər.

Onlar DFX rəhbərinə öz iddialarını ölkənin Baş naziri Vladimir Qroysmanın iştirakı ilə keçirilən iş müşavirəsi zamanı deyiblər.

"Mən Gürcüstanda prezident olanda, belə insanlar türmədə otururdular”, - Saakaşvili Nəsirovu göstərərək deyib.

Qroysmana müraciət edən Odessa qubernatoru əminliyini vurğulayıb ki, "Nəsirovu onsuz da həbs etdirəcək”.

 

Oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA