Çaqqala atəş açdı, ər-arvadı vurdu - Ucarda ilginc olay

img

16-05-2016 [15:07]


Ucar rayon sakini həmkəndlilərini güllələyib.

Rayon Polis Şöbəsindən verilən xəbərə görə, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Daşqın Muxtar oğlu Həsənov həmkəndliləri - 1985-ci il təvəllüdlü Aqil Şəmsəddin oğlu Fərzəliyevə və onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Günel Qalib qızı Fərzəliyevaya ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Xəsarət alan şəxslər təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hər ikisi müalicə olunmaq üçün Bakıya göndərilib.

Məlumata görə, D. Həsənovun çaqqala atdığı güllə təsadüfən qonşularına dəyib. 

Hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA