Şagirdini zorlamaqda ittiham edilən müəllim saxlanıldı

img

13-05-2016 [23:27]


Şamaxıda şagirdini zorlamaqda ittiham edilən müəllim İbrahimov Elnur Həsənağa oğlu saxlanılıb.

Mia.az ANS TV-yə istinadən xəbər verir ki, telekanalın rayona ezam olunmuş müxbiri müsahibə üçün həmin müəllimin evinə gedib. Lakin saxlanıldığı üçün yalnız onun əmisioğlu ilə görüşüb.

Məlum olub ki, Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. Şamaxıda kolleci bitirən müəllim həmin məktəbdə 4 ildir ki, işləyirmiş.

Bundan başqa, çəkiliş qrupu zorakılıq nəticəsində hamilə qaldığını iddia edən 9-cu sinif şagirdinin də evinə baş çəkib. Amma qızın bacısı onun anası ilə birgə şəhər mərkəzinə getdiyini deyərək qapını açmayıb.

Xatırladaq ki, 9-cu sinif şagirdi olan qızın sözlərinə görə, müəllim onu gecə öz yaşadıqları evdə ayaqyoluna getmək istəyəndə zorlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA