Xırdalanda yol kəsib pul tələb edən "ZEK"-ə ağır cəza verildi

img

10-05-2016 [16:26]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İmamverdi Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən İ.Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib(Lent.az).

Qeyd edək ki, hadisə bu il fevralın 1-də Xırdalanda baş verib. Bir nəfər Xırdalan şəhər sakini Azər Məmmədovun qarşısını kəsərək, pul verməsini tələb edib. Azər Məmmədovun pulu olmadığını görən həmin şəxs hadisə yerindən qaçıb.

Azər Məmmədov cinayətlə üzləşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən İmamverdi Mirzəyev həbs edilib. 

İmamverdi Mirzəyev əvvəllər də məhkumluq həyatı yaşayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA