Gəncədə çayxanada qumbara partladı, - iki nəfər öldü

img

05-05-2016 [10:24]


Ötən gecə Gəncənin Abbas Səhhət adlanan yaşayış massivində yerləşən çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qumbaranı partladıb.

 Kəpəz TV xəbər verir ki, nəticədə iki nəfər ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hər iki yaralının vəziyyəti kafidir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Yaralıların sayı artıb. 22 yaşlı Orxan Mirzəyev, 18 yaşlı Nəriman Əhmədov və 41 yaşlı Sadiq Əhmədov Abbas Səhhət adına şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

***

Partlayışda həyatını itirən şəxslərin kimliyi də açıqlanıb. Onlar 44 yaşlı Məhərrəm Əhmədov və Taleh Əhmədovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA