01-05-2016 [17:09]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşı ov tüfəngi ilə qardaşı oğlunu yaralayıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 30-u axşam saat 18 radələrində rayonun Muğanlı kənd sakinləri 1977-ci il təvəllüdlü Ceyhun Musa oğlu İbrahimov hər iki baldırın və sağ bazu nahiyəsinin kor saçma yaraları xəsarətləri diaqnozu, 1957-ci il təvəllüdlü Məhəmməd Həsən oğlu Həsənov isə döş qəfəsinin və sol gözünün yumşaq toxumasının əziyi diaqnozu ilə xəstəxanaya daxil olublar. Hər iki şəxsə xəstəxanada yardım göstərildikdən sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Zaqatala rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə rayonun Muğanlı kəndi yaxınlığında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus meşə zolağında baş verib. Yaralı C. Ibrahimovla əmisi M. Həsənov meşə ərazisində bir yerdə yeyib-içən zaman onların arasında mübahisə düşüb.
Mübahisədən sonra C. Ibrahimov ərazidən uzaqlaşmaq istəyən zaman əmisi M. Həsənov əlində olan 16 mm kalibrli qoşalülə ov tüfəngi ilə ona atəş açıb. Nəticədə C. İbrahimov hər iki baldırından və sağ bazu nahiyəsindən saçma yarası xəsarətləri alıb. Daha sonra C. İbarimov əmisinin yanına gələrək ov tüfəngini onun əlindən götürərək qırıb və əmisini döyüb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparıldığı bildirilir və vurğulanıb ki, RPŞ-də hər iki şəxsdən izahat götürüldükdən sonra sərbəst buraxılıblar.
Məlumatda o da bildirilib ki, qardaşı oğluna ov tüfəngi ilə atəş açan M. Həsənov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Muğanlı meşəbəyliyində meşə gözətçisi vəzifəsində işləyir.
Arda Gülər "Real Madrid"də "Ayın oyunçusu" seçildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaxarova: "Azərbaycanda saxlanılan Rusiya vətəndaşları..."
Rusiya XİN: "İsrailin İordan çayının qərb sahilini işğal etməsi..."
Hikmət Hacıyev Abdullah Ereni qəbul edib - FOTO
Rəsmi Moskvadan ABŞ-ın təcili nüvə təliminə reakisya: "...biz də eyni şəkildə hərəkət edəcəyik"
"Beşiktaş"ın qadınlardan ibarət komandasına baş məşqçi təyin olunub
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul edib - FOTO
Baş nazir Dövlət Mülki Aviasiya Agentliyi barədə qərar imzalayıb
Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
Əli Əsədov daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Millimiz Moldova ilə heç-heçə edib
Derbinin hakimləri bəlli oldu
Prezident orduya əmr verdi: "İsrailin hücumuna cavab verin!"
Bakıda 66 kq narkotiklə tutulanlar var
Ukraynada daha bir azərbaycanlı həlak olub
Almaniya Kansleri Türkiyədə - Ərdoğan qarşıladı (FOTO)
Derbi həyəcanı: "Fənərbağça" "Beşiktaş"la oyuna bu heyətlə çıxacaq
“Bir gün gördüm ki, başım fırlanır, bədənimdə gizilti var"
Bir qardaşı həbsdə, digəri isə axtarışdadır - Saleh Səmədovla bağlı daha bir xəbər yayıldı
İCRA BAŞÇISI VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Şəhid Aydın Nuriyevlə vida mərasimi keçirilib
“Uşaqlarına baxırlar, əlaqələri, münasibətləri var" - Sabir Rüstəmxanlıdan qızınn ailəsi haqda açıqlama
Azərbaycan Prezidenti Ermənistanda keçiriləcək sammitə qatılmayacaq
Şirvanda şəhid Cəmil Rəhimov dəfn edilib
"Məmurların hətta xəyanət yoluna düşməsi..." - Eldar Əzizov məmurları topladı, xəbərdarlıq etdi (MÜŞAVİRƏ)
Türkiyənin daha bir nəhəng gölü quruyur - İznik gölündə su 350 metr geri çəkilib (FOTO)
Estoniya xarici işlər naziri Türkiyəyə gedir
İslam Rzayevin bacısı oğlu haqda maraqlı xəbər yayıldı
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısı ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovu nə bağlayır?
Vahid Ələkbərov bu şirkətdəki payını satır
SAXLANILAN İCRA BAŞÇISI KİMDİR: kürəkəni ilə mülk davası edən, yoxsa korrupsioner... (YENİLƏNİB)
Ağdərəyə yeni köç olub
"Şəmkir" klubu 1200 manat cərimələnib
Şəhid Elçin Quliyev dəfn edilib
Sabah hava necə olacaq? - Proqnoz
DTX-nin saxladığı icra başçısının qızı görün kim imiş... - FOTO