Xəstəxanada faciə - Özünü binadan atdı

img

30-04-2016 [12:18]


Sumqayıt Şəhər Xəstəxanasında intihar qeydə alınıb.

Symqayıt Şəhər Polis Şöbəsindən "Qafqazinfo”ya verilən məlumata görə, hadisə təxminən 1 saat əvvəl baş verib.

Xəstəxanada stasionar olaraq müalicə alan yaşlı qadın özünü xəstəxananın 4-cü mərtəbəsinin pəncərəsindən atıb. Qadın elə yerindəcə keçinib. Onun şəkər xəstəsi olduğu qeyd edilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər, faktla bağlı araşdırma aparılır. Qadının kimliyi müəyyənləşdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA