“Azərpoçt” MMC-nin filialındakı seyfi oğurladılar

img

28-04-2016 [10:31]


Zaqatalada "Azərpoçt” MMC-nin filialı qarət olunub. 

Rayonun Muğanlı kənd sakinlərinin verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında "Azərpoçt” MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb. 

Zaqatala rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar. 

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. 

APA.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA