Siyəzəndə 8 şagird qidadan zəhərləndi

img

27-04-2016 [17:45]



Bu gün Siyəzən rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Siyəzən rayonunun Zarat tam orta kənd məktəbinin 8 şagirdi zəhərlənmə diaqnozu ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar 2005-ci il təvəllüdlü Tacəddinova Samirə Rasim qızı, Ağaverdiyev Novruz Qurbanəli oğlu, Abdulrəhimov Məmməd Elşən oğlu, Mirzəyev Rza Xələf oğlu, Əliyarov Həmid Gülyar oğlu, 2004-cü il təvəllüdlü Hüseynov Məmməd Mövsüm oğlu, Aslanov Əbülhəsən Rabil oğlu və 2006-cı il təvəllüdlü Seyiddəmirova Xədicə Tahir qızıdır. Məktəblilərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Siyəzən Təhsil Şöbəsinin müdiri Rafael Hacıyev bildirib ki, məktəblilər keks alıb yeyiblər, bundan sonra onlar özlərini yaxşı hiss etməyiblər və xəstəxanaya yerləşdiriliblər: "Hazırda onların səhhətində ciddi problem yoxdur. Hamısı evə buraxılıb”.

Onun sözlərinə görə, məktəblilər keksi məktəbin bufetindən deyil, məktəbdən kənarda yerləşən mağazadan alıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA