Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Kiyevdə əməliyyat keçirib - FOTO, VİDEO

img

27-04-2016 [15:55]


Bu gün Azərbaycanın Kiyevdəki səfirliyinin qarşısında diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı planlı taktiki və xüsusi təlimlər keçirilib.

"Qafqazinfo” xəbər verir ki, tədbir səfirlik, Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, nümayəndəliklər və konsulluqlar üzrə Ukrayna Milli Qvardiyasının 22-ci briqadası ilə birgə təşkil edilib. 

Təlimləri Ukraynada müvəqqəti işlər vəkil Nazim Əliyev, XDMX-nın nümayəndələri və Ukrayna güc strukturlarının rəsmiləri izləyiblər.

Təlimlərin keçirilməsində məqsəd güc strukturlarının kütləvi narahatlıq, diplomatik nümayəndəliklər və ya konsulluqlara hücum zamanı hazırlıq fəaliyyətinin yoxlanılması olub. Tədbir peşəkar və yüksək səviyyədə başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA