Yol polisinin əməkdaşı qəza törətdi, yaralananlar var

img

27-04-2016 [11:03]


Bakıda yol polisi əməkdaşı xidməti avtomobili ilə qəza törədib.

Hadisə Sabunçu-Maştağa yolunda qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Qarayevin idarə etdiyi BMW markalı, 99 YP 357 dövlət nömrə nişanlı avtomobil Maştağa qəsəbə sakini Vahab Manafovun idarə etdiyi "VAZ-21015” markalı 90 NZ 885 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində "VAZ-21015”in sürücüsü və həmin avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Dilqəm Manafov xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA