Polis Bölməsinin sabiq rəisi saxlanıldı - Dələduzluq

img

26-04-2016 [15:02]


Xaçmaz Rayon Polis Şöbəsinin sabiq vəzifəli şəxsi saxlanılıb.

Keçmiş polis dələduzluqda ittiham olunaraq bu ilin fevral ayından axtarışa verilib.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 1963-cü il təvəllüdlü Tahir Qurbanov Biləsuvar rayonunda saxlanılıb.

T.Qurbanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.

O, uzun müddət Xaçmaz RPŞ-nın İstintaq İdarəsinin Bölmə rəisi vəzifəsində işləyib.

Qafqazinfo.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA