Polis Bakıda əməliyyat keçirdi: kriminal aləmlə yaxınlığı olan şəxslər saxlanıldı - FOTOLAR

img

25-04-2016 [19:28]


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sabunçuda əməliyyat keçirib.

Məlumata görə, əməliyyat Sabunçu rayonunda, Sabunçu vağzalında yerləşən kafedə baş tutub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 10-a yaxın şəxs saxlanılıb. Onlar avomobillərə mindirilərək, ərazidən uzaqlaşdırılıblar. Bir neçə şübhəli şəxs isə, hadisə yerindən qaçıb.

Saxlanılan şəxslərin kriminal aləmlə yaxın əlaqələrinin olduğu bildirilir. Hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirilən ərazini nəzarətdə saxlayırlar.

Musavat.com






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA