Keçmiş bələdiyyə sədrinin evi yandı

img

22-04-2016 [11:08]


Zaqatalada keçmiş bələdiyyə sədrinə məxsus fərdi yaşayış evi yanıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, aprelin 21-i axşam saat 22:18 radələrində rayonun Muxax kəndində, kənd sakini Akif Məmmədyar oğlu Abdullayevə məxsus, ümumi sahəsi 216 kv/m olan fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisində olan bir çox ev əşyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Qeyd edək ki, yanan evin sahibi Akif Abdullayev Muxax kənd bələdiyyəsinin keçmiş sədridir. Akif Abdullayev aprel ayının əvvəlində öz ərizəsi ilə işdən azad olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA