"Söhbət torpaqdan, namusdan, qeyrətdən gedirsə..." - General Aydəmirov
MÜSAHİBƏ
19.04.2016, 14:42
Azərbaycanın Çində hərbi attaşesi, Azərbaycanda korpus komandiri və nazirin Məsləhətçilər Şurasının üzvü olmuş, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov "Qafqazinfo”ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Hazırda fəaliyyətinizi necə davam etdirirsiniz?
- Hazırda Hərbi Akademiyada "Hərb məharəti” fənnindən dərs deyirəm. Keçmişdə Azərbaycan sərkərdələri hansı döyüşləri, necə aparıblar, onların qoşunlarının tərkibi, silahı və döyüş taktikaları barədə məlumat verirəm.
- Cəbhədəki aprel hadisələrini necə şərh edərdiniz?
- Bütün bu proseslər ötən ilin yayından başlanılıb. Ermənilər əvvəllər atəşkəsi 20-30 dəfə pozurdularsa, sonralar 130-140 dəfə pozmağa başladılar. Bundan sonra da yaşayış məntəqələrimizi artilleriya silahları ilə atəşə tutdular. Ardınca kəşfiyyat-diversiya qrupu göndərdilər ki, müdafiə xəttində hansısa boşluq yaratsınlar. Artıq bunlar heç biri alınmadıqda iri çaplı pulemyotlar, xırda kalibrli minaatanlardan sitifadə edərək mülki əhaliyə atəş açdılar. Bunun qarşısı alınmalı idi və bizim ordunun ön xətdə duran birləşmələrinin ikinci eşolon bölmələri əks həmləyə keçdilər. Bu, elə də böyük əks-hücum əməliyyatı deyildi. Bunun nəticəsində həm cənub, həm də mərkəz istiqamətində strateji əhəmiyyətli yüksəkliklər ələ keçirildi. Lələ-İlahə yüksəkliyi işğaldan azad olunandan sonra Cocuq Mərcanlı kəndindən radio stansiya daxil olmaqla Araz çayı boyunca bütün yaşayış məntəqlərini nəzarətdə saxlayırıq.
- Bu əməliyyatlar zamanı bir neçə yüksəkliyin və kəndin alınması haqda rəsmi açıqlamalar oldu. Erməni tərəfi də adıçəkilən yerlərdən videoreportaj edib həmin ərazilərin onlarda olduğunu açıqlayır. Bunu xalqa necə sübut etmək olar ki, həmin zirvə bizdədi?
- Ermənilər köhnə kadrlardan istifadə etdilər. Bu barədə bizim Müdafiə Nazirliyimiz rəsmi açıqlama verib. Son vaxt Ermənistanın bir neçə informaisya agentliyi məlumat yaydı ki, alınan yüksəkliklər geri qaytarılıb. Bunlar hamısı təxribatdır. Onlar bu cür yalan məlumatlarla xalqın qarşısına çıxmağa məcburdurlar. Çünki döyüşlər başlanan günün səhərisi əsgər anaları mitinq etməyə başladı, sonra hərbi hissələri komplektləşdirmək üçün qocaları yığıb gətirdilər. Bizim ordu da isə nə qismən, nə də tam səfərbərlik oldu, nə müdafiə nazirinin ehtiyatları, nə də ali baş komandanın ehtiyatları yerindən tərpənmədi.
Digər güc strukturlarının birləşmələri cəlb edilmədi. İri çaplı artilleriyadan, reaktiv yaylım sistemindən istifadə edilmədi. Aaviasiyadan isə yalnız ön xəttə olan bir neçə vertolyot istifadə olundu. Ermənilər isə səfərbərlik edib qocaları gətirdilər, nə silahları varsa, istifadə etdilər. Çünki hərbi hissələrin komplektləşdirilməsinə Ermənsitandan gələn adamlar cəlb edilir. Ön xətdə isə onların keçmiş döyüşçüləri muzd əsasında gəlib 1 həftə orda durub qayıdır. Bizim 10 postumuzun qarşısıda onların 1 postu var. Ermənilərin eyni əsgərləri bütün postları gəzib hərəsindən bir neçə güllə atırlar ki, guya hər postda adam var. Onların insan resursu yoxdu. Döyüşlərin ikinci günündən artıq qaçmağa başladılar.
- Cəbhə hadisələrinin ilk günlərində Seysulanın bizim əlimizə keçdiyi barədə məlumatlar var idi. Sonrakı günlərdə bu ad unuduldu. Seysulanın taleyi barədə sizdə bir məlumat varmı?
- Mən konkret yaşayış məntəqələri barədə heç bir şey demək istəmirəm. Bunu ancaq səlahiyyətli olan Müdafiə Nazirliyi açıqlaya bilər. Məndə məlumatlar var, amma açıqlamaq hüququm yoxdu. Azərbaycan ordusu haranı tutubsa, bir addım da geri çəkilməyib. Seysulan yüksəklik deyil, Tərtərin Qapanlı kəndinin qarşısında bir kənddi və bizim əsgərlərimiz orada döyüşürlər.
- Peşəkar hərbçi kimi bir məsələyə qiymət verməyinizi istəyirik. Ələ keçirilən Lələ-Təpə düşmən əsarətində olan dağlardan daha əhəmiyyətlidirmi?
- Sözsüz ki, Lələ-İlahədən Qarabağ istiqamətində daha böyük yüksəkliklər var. Lələ-İlahə Beyləqan-Zəngilan yolunun sağında, Cocuq Mərcanlı yolunun üstündədi. Sərhəd boyunca yerləşən bütün kəndlər Lələ-İlahədən aşağıdadır və nəzarətdə saxlanılır. Gözlə müşahidə olunan yerdə silahlarla nəzarətdə saxlamaq üçün heç bir problem yoxdur. Bu yüksəkliyin Qarabağ tərəfdən o qədər də önəmi olmasa da, Aran hissəsi üçün Araz qırağı kəndlərin hamısını nəzarətdə saxlamaq olur. İndi həmin kəndlərə rahat gedib-gələ bilərik, ermənilər artıq nəzarət edə bilmirlər. Gecə görmə cihazlarından istifadə etmədən belə, təxminən 20-dən çox kəndə nəzarət edirik. Texniki vasitələrlə isə Beyləqana kimi bütün kəndlər bizim nəzarətimizdədir.

- Bu döyüşlər zamanı hər iki tərəfdən itkilərin sayı ilə bağlı rəqəm açıqlansa da, sonradan şəhid dəfnləri göstərdi ki, itkilər açıqlanandan çoxdur. Bu məsələ ilə bağlı sizin müşahidələriniz necədir?
- Hücuma keçən tərəf həmişə daha çox itki verir. Biz Aran Qarabağ hissədəyik, onlar isə dağlardadılar. Hər kəs bilir ki, düzənlikdən dağa tərəf hücum etdikdə tələfat çox olmalıdır. İkincisi, ermənilər 20 ildən artıqdır ki, orada müdafiə-istehkam qurğuları qurub. Onlar hər bir şeyi möhkəmləndiriblər, biz də bunu bilirdik. Dünyanın elə yüksəkliyi var ki, onu ələ keçirmək üçün on minlərlə itki vermək olar. Ancaq faciəli şəkildə itkilərimiz çox olub deyə düşünmək lazım deyil. Düşmən orada 1994-cü ildə qazıntı işləri aparıb. İllərdir müdafiə sistemi qurmaları barədə təbliğat aparırdılar. Necə oldu ki, ön xətdə duran bölmələrin ikinci eşolon bölüyü onların müdafiə sistemini darmadağın etdi. Piyada əsgərlərimiz qısa dövrdə o yüksəklikləri ələ keçirdi.
- Azərbaycan Müdafiə Nazirliyinin şəhid adlarını açıqlamamasında hər hansı bir məqsəd və ya hərbi qayda anlayışı varmı?
- Amerikalılar İraq müharibəsi zaman bütün KİV-i nəzarətə almışdı və hər kəs bir mənbədən məlumat alırdı. Bizdə olan şəhidlərin hamısı mediada şəkli, ad-soyadı ilə yayımlanıb. Televiziyalar dəfnlərdən reportaj verib. Hamısı da göstərilir, heç biri gizlədilmir. Söhbət torpaqdan, namusdan, qeyrətdən, yüksəklikdən gedirsə, itki olmalıdır. Ermənilər isə əsgər ölümlərini gizlətmək üçün çoxunu öncə itkin kimi qələmə verdilər. Çünki açıqlasaydılar mitinqlər başlayacaqdı və onlar üçün fəlakət olacaqdı.
- Döyüşlər zamanı rəsmi açıqlamaların necə olmasının, seçilən sözlərin və ötürülən informasiyaların əhəmiyyəti nədir? Hansı proseslərə təsir edə bilər?
- İndi vəziyyət əvvəlki kimi deyil və heç kəs təxribata uymur. Cəbhədəki əsgərlərin radiosu, televizoru, məhdud qaydada internet çıxışı var. Hər şeydən də xəbərdar olurlar. "Üç nəfər filan yerdə şəhid oldu”, "Filan rayon alındı” tipli məlumatlar onlara təsir etmir. Əvvəllər anarxiya idi, məlumat yayırdılar ki, düşmən 100 tankla hücuma keçib. Deyirdim erməninin heç 100 tankı var ki, bir istiqamətdə cəmləşdirsin? Yaxın 50 ildə də Ermənistan ordusu bizim ordu sisteminə yaxınlaşa bilməyəcək. Çünki onların pulu yoxdu. Ermənilərə silahı yardım kimi verirlər, biz isə özümüz seçib alırıq.
- Sizin xidmət etdiyiniz zaman olubmu ki, hərbi məlumatların yanlış formada yayılması və ya yayılması gərəkməyən informasiyanın açıqlanması nəyisə dəyişib?
- Sözsüz. Adını çəkməyəcəyəm, mən korpus komandiri olanda bir telekanal məlumat yaydı ki, nəzarətimdə olan birlikdə 300-dən artıq əsgər qara yatalağa tutulub. Mən də onu məhkəməyə verdim. Qara yatalaq olmuşdu, amma cəmi 14 nəfərdə. Müalicə olundular, o proses dayandı. Sonra rəhbərlik dedi ki, lazım deyil, mən də məhkəmə ərizəmi geri götürdüm. Xidmətdə olan vaxt yoldan bir qoca kişini maşınıma götürdüm, soruşdum nə var nə yox? Deyir nəvəm əsgərlikdədi, onu bit basıb. Dedim qayıdırıq hərbi hissəyə, əgər sənin nəvəndə bit olarsa, bir zabit kimi şərəfimi qorumaq üçün beynimə güllə vuracağam, olmasa sənin başından vuracağam.
- Sizcə, aprel döyüşləri zamanı açıqlamalar daha çox informasiya müharibəsinə uyğunlaşdırılmışdı?
- Sözsüz ki, uyğunlaşdırılıb və heç nə gizlədilmir. Dövlət sirri olan məlumatları açıb deməli deyillər ki. Bizim insanlar da "lyubopıtnıy”, hər şeylə maraqlanan adamlardı. Açıqlanır ki, filan yüksəklik alınıb. Məndən soruşurlar ki, filan nöqtəyə çıxıblarmı? Sənə lazımdımı, hansı nöqtəyə çıxıblar? Uyğun olsa, Müdafiə Nazirliyi açıqlayacaq da. Məlumat yayılır ki, filan yaşayış məntəqəsi alınıb. Mənə sual verirlər ki, o yaşayış məntəqəsinin qabağındadılar, böyründədilər yoxsa təpəsində dayanıblar? Sənə verilən informasiyadan kənara çıxma da. Bəlkə orada başqa əməliyyat aparılacaq, sən niyə hər şeyi xırdalığına kimi öyrənmək istəyirsən?
- Azərbaycan və Ermənistan münaqişəsi zamanı ən çox itki hansı döyüşlərdə, nə vaxt verilib?
- Məsələn, "Daşaltı əməliyyatı” sözsüz ki, əməliyyat deyildi. Kimin hazırladığını da demək istəmirəm. Onun xəritəsini mən görmüşəm, dağa tərəf 3 ox çəkiblər. Bir diviziyanı dağların arasında yerləşdiriblər, düşmən də yüksəklikdən onları qırıb. Düşünülməmiş bir əməliyyat idi. Belə uğursuz əməliyyatlar olub. Amma uğurlu əməliyyatlarımız daha çox olub. Bir gün ərzində Füzulinin 22 kəndi alınıb, Ağdərə alınıb. Manqa tərəfdən hansı yüksəklikləri almışıq?! Rəhməlik Əliyar Əliyevin vaxtında Qubadlı hansı döyüşlərimiz oldu?! Biz nə zaman uğurlu əməliyyat keçirmişiksə, dərhal böyük dövlətlər müdaxilə ediblər. Füzuli istimqaətində 22 kənd alınarkən düşmən xeyli itki vermişdi. Yüksəkliklərdə olan digər əməliyyatlarda da sayca çox itki verilib.
- Aprel döyüşlərinin nəticəsi sizi qane etdimiz?
- Hərbçi kim hamımız istəyirdik ki, daha irəli gedək. Amma siyasi məsələlər də var. Ali baş komandan əmr edirsə, "dur”, sən sözsüz əmrə tabe olmalısan. Biz hadisələrin o biri tərəfini bilmirik. Bu əməliyyatlarla ermənilərə və digər dövlətlərə sübut etdik ki, bizim dediyimizi Azərbaycan əsgəri etdi. Qısa müddətdə də lazım olan ərazini götürə bilərik.
- İctimaiyyətdə yayılan bir sual həm dəstək, həm də nifrət qazandı. "Üç təpəyə görə bu qədər şəhidə dəyərdimi?”. Sizin bu suala cavabınız nədir?
- Lazım gələrsə, 1 təpəyə görə on minlərlə insan qurban vermək olar. Bu o demək deyil ki, biz həmin adamları qurban verməyə hazırıq. Onlar ölməyə yox, torpağı işğaldan azad etməyə gedirlər. Uzun müddət mühəndis-istehkam qurğuları qurulan strateji əhəmiyyətli zirvələr bir çox yaşayış məntəqələrini nəzarətdə saxlayır.

- Cəmiyyətin, vətəndaşların bu döyüşlər zamanı reaksiyası sizcə qaneedici idimi?
- Çox yüksək idi. Bəzən deyirlər ki, əvvəlki vətənpərvərlik indi yoxdu, amma əksinə, indi daha çoxdu. Sadəcə hamı sakit dayanıb, bir məqam olan kimi millət hamısı qalxdı. Müxalifət də, iqtidar da, media da, tələbələr də, məktəblər də. Ermənilər bilirdilər ki, döyüşlər davam etsə, fəlakətlə üzləşəcəklər. Ona görə xarici dövlətlərə yalvarmağa başladılar ki, Azərbaycanı dayandırın.
- İnsanlar döyüşlərin davam etdirilməsini istəyirdi. Sizcə necə davranmaq lazım idi?
- Bu siyasi qərar idi və mən onu şərh etmək istəmirəm. Ali baş komandan "dur” əmrini verməsəydi, ermənilər üçün fəlakət olacaqdı. Sözsüz ki, bir neçə rayon alınacaqdı. Biz bu döyüşlərdə yalnız ön xətdəki ikinci eşolon birləşmələrinin bəzi bölmələrindən istifadə etdik. Əgər bütün ordu qalxsaydı, digər birliklərin, müdafiə nazirinin və ali baş komandanın ehtiyatları, digər güc strukturlarının qoşunları cəlb edilsəydi, onların qarşısını almaq olmazdı.
- Bu döyüşlərdən sonra Ermənistan və dünya mediası Azərbaycan ordusunun hərbi gücü, texnikası və xüsusilə xaricdən alınan hücum silahları barədə məlumatlar dərc etməyə başladılar. Azərbaycan Ordusunun silah gücü barədə nə deyə biləriniz? Bizdə üstün olan hansı silahlar var və onların gücü nədir?
- Bizdə çoxdan alınan "T-55” tanklarının hamısı çıxarılıb. Nə toplardan, nə tanklardan, nə digər döyüş maşınlarından modifikasiya olunmamış, yeni istehsal olunmamış texnika yoxdur. Müdafiə Nazirliyinin yaydığı videoda gördünüz, PUA çəkir, geri qayıdıb mərkəzə komanda verir, mərkəzdən atəş açılır, sonra qayıdıb yaxından vurulan obyektin şəklini çəkir, təkrar komanda alıb geri qayıdır. Təkhədəflər olanda PUA tankı göstərir və onun hansı hissəsinin vurulması lazım olduğunu dəqiq bildirir. Dünya dəqiq silahlarla öyünür. Bizim konkret harda, hansı silahdan istifadə etdiyimizi təbii ki, demək olmaz. Bizim istifadə etdiyimiz PUA-lardan dünyada yalnız 3-4 dövlətdə var. Onların istifadə etdiyi pilotsuz uçuş aparatından isə bizim "Sədərək” bazarında doludur.
- İndi bu məlumatların Ermənistanla müqayisəsini necə aparardınız?
- Müqayisə olunmaz dərəcədədir və müqayisə etmək lazım da deyil. Hansı tip texnikanı istəsəz nümunə çəkə bilərik. Mən bizdə olan silahların adlarını açıqlamaq istəmirəm, amma bizdə köhnə silah yoxdur. Hamısı modernləşdirilib, ermənilərin isə bu silahı almaq üçün pulu yoxdur. Hədiyyə olaraq isə heç kim heç kimə təzə silah vermir. Ermənilər istismar müddəti bitən texnikadan istifadə edir. Deyirdilər ki, bizdə olan silahlarla Azərbaycanı susduracağıq, əgər vardısa, bu döyüşlərdə istifadə edərdilər. Bundan sonra yəqin ki, onlar öz şişirtmələrini azaldarlar.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Trabzonspor" baş məşqçisi istefaya göndərildi
Bugün, 18:37 İDMAN
-
Kəlbəcərin Zar kəndində tikinti ilə bağlı ciddi suallar var - Şair şikayətlənir
Bugün, 18:21 CƏMİYYƏT
-
PUTİNLƏ ƏRDOĞAN GÖRÜŞDÜ: "Münasibətlərimiz hər zamankından daha əladır, səbirsizliklə..."
Bugün, 18:00 GÜNDƏM
-
“Bravo”da cəmi iki işçi var? - "400–560 manat aralığında maaşlar, növbəli və 6 günlük iş..."
Bugün, 17:56 İQTİSADİYYAT
-
Bağçada uşağın qanında psixotrop maddə aşkarlanması iddiası... - DİN və Baş Prokurorluğa müraciət edildi
Bugün, 17:54 KRİMİNAL
-
Dənizkənarı Milli Parkın akvatoriyasında su neft tullantılardan təmizlənəcək
Bugün, 17:25 CƏMİYYƏT
-
Türkiyədə sabiq Daxili işlər naziri istintaqa çağırıldı
Bugün, 17:14 DÜNYA
-
Aparıcı Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi
Bugün, 17:06 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Rusiya və İran prezidentləri bir araya gəldi - Bişkekdə müzakirə
Bugün, 16:45 GÜNDƏM
-
Yunanıstanın paytaxtında virus yayılıb - Afinada proflaktik tədbirlər aparılır
Bugün, 16:29 DÜNYA
-
Mourinyo "Fənərbağça", yoxsa "Qalatasaray"?" sualına elə cavab verdi ki...
Bugün, 16:26 İDMAN
-
"Qalatasaray"ın yeni hücumçusu İstanbulda: "Uşaqlıq arzum bu gün gerçəkləşir"
Bugün, 16:09 İDMAN
-
Orhan Gencebayın 82 yaşlı xanımı belə poza verdi - FOTO
Bugün, 16:05 ŞOU-BİZNES
-
Onlar TƏBİB-də vəzifəyə təyin olundu - SİYAHI + FOTO
Bugün, 15:51 CƏMİYYƏT
-
İcra başçılarının sövdələşdiyi şirkətin əmlakı hərraca çıxarıldı - 21 milyondan çox borc var (SİYAHI)
Bugün, 15:23 İQTİSADİYYAT
-
Atasını 34 il əvvəl öldürən 59 yaşlı oğlu saxlanıldı
Bugün, 15:08 KRİMİNAL
-
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbul edib, sIra baxışı keçirib - VİDEO
Bugün, 14:59 CƏMİYYƏT
-
Misir Kraliçasına məxsus tarixi boyunbağı oğurlanıb - FOTOLAR
Bugün, 14:52 MƏDƏNİYYƏT
-
Nurlan Valehoğlu mətbuat katibi vəzifəsinə təyin olunub
Bugün, 14:35 PRESS
-
Prezident “ŞƏT plyus” formatındakı görüşdə - FOTOLAR (Yenilənib)
Bugün, 14:18 GÜNDƏM
-
5 ÖLKƏNİN BİRİNCİ XANIMLARI BİR ARADA: Azərbaycan, Türkiyə, Çin... - FOTOLAR
Bugün, 14:06 GÜNDƏM
-
Pakistan XİN-dən ABŞ və İrana mesaj: "Yeganə yol danışıqlardır"
Bugün, 13:57 DÜNYA
-
“İdman Azərbaycan” və MTV kanalının keçmiş rəhbərini kim və necə aldadıb? - 185 min manatlıq qalmaqal
Bugün, 13:21 PRESS
-
BİŞKEKDƏ ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ: "Bu, sülhün praktiki icrası baxımından həyati əhəmiyyət daşıyır" - TƏHLİL
Bugün, 13:09 SİYASƏT
-
Tələbə Vüsal Şilderin qətlinin sifarişçisi: 13 il sonra hakim qarşısına çıxarılır
Bugün, 12:47 KRİMİNAL
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:40 CƏMİYYƏT
-
Balıq ovu mövsümü başlayıb
Bugün, 12:29 CƏMİYYƏT
-
"Ziyalı cəmiyyətdə ancaq bozluq, alim həmkarlarında ancaq sxolastika görürsə, onda..." - Keçmiş komitə sədri
Bugün, 12:14 MƏDƏNİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik - Keçmiş rəhbərin qohumu işdən çıxarıldı
Bugün, 11:59 CƏMİYYƏT
-
Bişkekdə Qırğızıstan Prezidenti adından ziyafət verildi - VİDEO
Bugün, 11:55 GÜNDƏM
-
Prezident Hindistanın Baş naziri ilə söhbətləşdi - FOTOLAR
Bugün, 11:45 GÜNDƏM
-
Tahir Kərimli hardadır? - İddialar və...
Bugün, 11:39 SİYASƏT
-
“PAŞA Bank”ın işçilərnin sayı azalıb - Səbəb nədir?
Bugün, 11:39 İQTİSADİYYAT