19-04-2016 [11:35]
Bakı Apellyasiya Məhkəməsində oğurluq, cibgirlik və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 62 yaşlı Rəhilə İsmayılova, 64 yaşlı Məleykə Şamilova, 46 yaşlı Mətanət Şamilova, 43 yaşlı Natəvan Şamilova və 22 yaşlı Məcid Şamilovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim İlqar Murquzov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 28-ə təyin edilib.
Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir.
R.İsmayılova sonuncu dəfə 2012-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin may ayında azadlığa buraxılıb. Amma cəmi 3 ay azadlıqda qala bilib.
R.İsmayılova "oğru” aləmində "Qara Rahilə” kimi tanınır. R.İsmayılova əvvəllər də cibgirlik və narkotik maddə saxlamaqda ittiham olunaraq 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb.
"Qara Rəhilə” və onunla birgə həbs olunan şəxslərin əməllərindən zərər çəkənlərin sayı 15 nəfərdir.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq), 234 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 180 (soyğunçuluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələri ilə ittiham olunublar.
M.Şamilova ilə N.Şamilova Məleykə Şamilovanın gəlini, M.Şamilov onun nəvəsidir. R.İsmayılova isə M.Şamilova ilə qudadır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsmayılova 4 il, M.Şamilov 4 il 4 ay, Məleykə Şamilova 6 il, N.Şamilova 7 il müddətinə azadlıdan məhrum edilib.
Azadlıqda olan N.Şamilova məhkəmə zalında həbs edilib. Həbsdə olan Mətanət Şamilova isə azadlığa buraxılıb. O, 2 min manat cərimə olunub.
Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir