"Azərbaycan Dəmir Yolları"nın vaqonları qarət olunub - Şəmkirdə!

img

14-04-2016 [19:04]


Şəmkirin Zəyəm və Dəllər dəmir yolu stansiyalarında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus qoşqusuz halda dayanmış refrijerator tipli soyuducu vaqonlara basqın edilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, basqın edən şəxslər vaqonların soyuducu sisteminə daxil olan hərəkətverici pərlərin naqil xətlərini və konduitləri kəsərək oğurlayıblar:"Oğurlanan xətlər refrijerator vaqonlarında işlənməyən kabellərdir. Həmin şəxslər o xətləri kəsib aparıblar. Hadisə gecə saatlarında olub. Qarət edilən vaqonlar Yeni Ələt refrijerator vaqon deposunun balansında olsa da, istismar müddəti bitdiyindən istifadəyə yararsız vaqonlardır".

N.Əzməmmədovun sözlərinə görə, hadisə nəticəsində 4 vaqon qarət edilib: "Vaqonlara basqın edənlər dəmiryolçular tərəfindən saxlanılıb və Nəqliyyatda Baş Polis İdarəsinə təhvil veriliblər. Məlum olub ki, onlar Şəmkir rayon sakinləridir. Faktla bağlı idarədə cinayət işi başlanıb və saxlanılan şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib"(trend).


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA