Metroda təhlükəsizlik gücləndirildi - Sərnişinlər bir-bir yoxlanılır

img

14-04-2016 [10:43]


Bakı metrosunda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə gücləndirilib.

Bütün metro stansiyalarında sərnişinlər bir-bir yoxlanılır. Şübhəli sərnişinlər saxlanılır, çantalarına baxış keçirilir. Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır.

Metronun "Sahil”, "İçəri şəhər”, "28 May”, "Nəriman Nərimanov", ”Ulduz", "Əzizbəyov”, "Neftçilər”, "Xalqlar dostluğu” metro stansiyalarının giriş qapılarında dayanan polislər sərnişinlərin çantalarını yoxlamadan içəri buraxmırlar. Polis əməkdaşları metroda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər. Onlar bu barədə rəhbərlik tərəfindən ciddi tapşırıq aldıqlarını deyiblər.
azvision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA