Bakıda ana və oğlunu bıçaqladılar

img

11-04-2016 [13:32]


Sabunçu rayonunda bir qrup şəxs arasında dava-dalaş olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, aprelin 9-da Sabunçu rayonunun Pirşağı qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsmixan Novruzov münaqişə zəminində həmyerlisi Zinyət Nəcəfovaya və oğlu Nəcəfə bıçaqla xəsarət yetirib. İ.Novruzov Z.Nəcəfovanın digər oğlu Nicatı isə döyüb. Qadın xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Novruzov tutulub.

Araşdırma aparılır. 

Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA