Bakıda marşurut qəzası - Ölən və yaralananlar var

img

08-04-2016 [11:25]


Bu gün səhər saatlarında Nizami rayonunda marşrut avtobusları toqquşub. 8-ci kilometr bazarının yaxınlığında 103 və 30 saylı xətt avtobusları, həmçinin Vaz-2107 markalı minik maşını toqquşub.

Səhiyyə Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata görə, qəza nəticəsində hələlik şəxsiyyəti müəyyənləşdirilməyən 60 yaşlı qadın dünyasını dəyişib, 9 nəfər yaralanıb. Yaralılardan 7-I Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına, 2 nəfər isə Travmotologiya İnstitutuna aparılıb. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA