 
                06-04-2016 [15:43]
Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Səbail Rayon Polisi İdarəsinin 8-ci Polis Bölməsinin polis mayoru Ədalət Məmmədov, C.Hüseynovun anası Xalidə Hacıyeva, R.Əliyevin anası Teyfurə Əliyeva, C.Hüseynovun əmisi oğlu Nihat Abbaslı ifadə verib. X.Hacıyeva bildirib ki, oğlunun bu hadisədən qəti xəbəri olmayıb.
T.Əliyeva ifadəsində bildirib ki, oğlu Rasim Əliyevi Cavid Hüseynov və Elşən İsmayılov evdən aldadaraq çıxarıb: "Cavidin bu işdə günahı yoxdursa, niyə xəstəxanaya - Rasimin yanına gedib?!".
Məhkəmənin növbəti prosesi aprelin 13-nə təyin olunub(Report).
Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb
Şəhid Mikayıl Əliyev dəfn olunub
Deputat nazirliyi qınadı - Məktəb direktorlarının təyinatı ilə bağlı
"İpoteka haqqında" qanuna dəyişiklik - Nələr olacaq?
Cinayət Məcəlləsinə dəyişiklik oldu - Onlar cəzalanacaq + Detallar
Xocalıda iki şəhid dəfn edilib
DTX-nin həbs etdiyi icra başçısı görün kimlə qonşu imiş - FOTOLAR
“Avrora”nın poetik rəhbərinin görüntüləri - VİDEO
Fariz Babayev vəzifəsindən niyə azad olunub? - "Səbəbi sirr deyil, amma açıqlamaq da istəmirəm" (YENİLƏNİB)
ETN-də YOXLAMA BAŞLADI
Ramiz Mehdiyevin gəlini vəzifədən azad edildi - Rektor əmr imzalayıb
Hikmət Hacıyev: "Biz diplomatik korpusun üzvləri ilə..."
17 yaşlı oğlan anasını öldürdü
Bakıdakı qəzada ölən müğənni imiş - VİDEO, FOTO
İsrail Livana hücumu davam etdirir
"Yuventus" məşhur məşqçi ilə anlaşdı - FOTO
Saxlanılan sabiq icra başçısının vəkili məlum olub
SOCAR-ın sabiq vitse-prezidenti haqqında şok iddialar yayıldı
Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçirilir
"Kuruluş Osman"nın xanımı sərvətin üstünə sərvət gətirib - 800 min dollarlıq reklam anlaşması ilə
Azərbaycan nefti cüzi ucuzlaşdı
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Türkiyədə eyni bölgədə növbəti zəlzələ oldu - 4,2 bal gücündə
Arda Gülər "Real Madrid"də "Ayın oyunçusu" seçildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaxarova: "Azərbaycanda saxlanılan Rusiya vətəndaşları..."
Rusiya XİN: "İsrailin İordan çayının qərb sahilini işğal etməsi..."
Hikmət Hacıyev Abdullah Ereni qəbul edib - FOTO
Rəsmi Moskvadan ABŞ-ın təcili nüvə təliminə reakisya: "...biz də eyni şəkildə hərəkət edəcəyik"
"Beşiktaş"ın qadınlardan ibarət komandasına baş məşqçi təyin olunub
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul edib - FOTO
Baş nazir Dövlət Mülki Aviasiya Agentliyi barədə qərar imzalayıb
Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
Əli Əsədov daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Millimiz Moldova ilə heç-heçə edib
Derbinin hakimləri bəlli oldu
Prezident orduya əmr verdi: "İsrailin hücumuna cavab verin!"