Taleh Şahsuvarlı Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub

Taleh Şahsuvarlı Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub

CƏMİYYƏT

22.03.2010, 01:26

Tanınmış yazar Taleh Şahsuvarlı Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatı yazıçı özü də təsdiq edib. ?Hələ ötən ilin ikinci yarısında AYB-yə üzv olmaq üçün müraciət etmişdim. Bu ilin əvəllərində isə Yazıçılar Birliyi müraciətimə baxmış və müsbət qərar qəbul etmişdi. Təxminən bir həftə əvvəl Azərbaycan Yazıçılar Birliyində yeni qəbul olunan üzvlərə vəsiqə verilməsi üçün xüsusi törən keçirilib. Orada bir çox gənc və istedadlı qələm sahiblərinə Anar müəllimin imzası ilə AYB-nin üzvlük vəsiqəsi verilib. Mən Avropa Birliyinin və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəklədiyi beynəlxalq tədbirdə iştirak üçün Ukraynada uzunmüddətli səfərdə olduğumdan əfsuslar olsun ki, həmin tədbirə qatıla bilmədim. Amma bayram tətilindən dərhal sonra AYB-yə gedib həm vəsiqəmi götürəcəm, həm də sədrimiz Anar müəllimi ziyarət edərək ona öz təşəkkürümü bildirəcəm?. Taleh Şahsuvarlının sözlərinə görə, onun AYB üzvü olması cəmiyyət üçün gözlənilməz olmamalıdır: ?Mənim üçün başlıca məsələ peşəkarlıq və peşəkarların yaratdığı, riayət etdikləri etikadır. Mən nəsillərarası dialoqun, ənənələrin inkişafının, öyrənmək və yeniliklər etmək üçün əlverişli imkanların tərəfdarıyam. AYB məni məhz bu parametrləri ilə cəlb edirdi. Xüsusi olaraq vurğalamaq istəyirəm ki, AYB üzvü olmağımda Rəşad Məcidin müstəsna rolu olub. Ötən bir ildə Rəşad müəllimdən həm AYB katibi, həm də ?525-ci qəzet?in baş redaktoru kimi çox böyük mənəvi dəstək görmüşəm. Eyni zamanda, AYB üzvlüyünə qəbul olunmağımda Elçin Hüseynbəylinin əməyi, Qulu Ağsəs, Elxan Zal, Səlim Babullaoğlu, Əsəd Cahangir, Məqsəd Nur, Qəşəm Nəcəfzadə və AYB-nin digər tanınmış üzvləri ilə səmimi münasibətlərimin təsiri var?. Taleh Şahsuvarlı AYB üzvü olmasının AYO üzvləri tərəfindən necə qarşılanması barədə heç bir narahatçılıq keçirmir: ?Hər kəs gözəl bilir ki, mən bədii yaradıcılığa başlayan gündən bəri istedadları, peşəkarları, Azərbaycan yazıçılarının sosial statusunu hədəfə alan banal və primitiv düşüncəli elementlərə qarşı çıxmışam, bütün intellektual müzakirələrdə onların ciddi opponent ola bilmədiklərini sübut etmişəm. Onların mənim seçimimi şərh etməyə nə haqları, nə də səviyyələri yoxdur. Bununla belə, mənim AYB-ni seçməyim AYO-nun əleyhinə atılan addım deyil. Mən AYO-nun inkişaf etməsini, şər-şəbədədən əl çəkib özünü ciddi qurum kimi təsdiq edə bilməsini arzulayan adamam. Amma çox təəssüf ki, həm bu qurumda, həm də jurnalistikada elə adamlar var ki, onlar cəmiyyətdən mütləq təcrid edilmədirlər. Məsələn, Donetskidən qayıdan kimi qulağıma çatdı ki, səfərdə olduğum müddətdə köşə yaza bilmədiyim üçün idbarın biri haqqımda şayiə yayırmış. Özü də bu şayiə ?Şirzadın kafesi?ndə kollektiv şəkildə uydurulub. Onları məyus edərək bildirirəm ki, həm bədii yaradıcılıqda, həm jurnalistikada, həm də QHT sektorunda işlərim son dərəcə yaxşı və rahat gedir. Boynunun dalını qaşıya-qaşıya şayiə yayanların yadına salıram ki, gicişən buynuzunu mənim çomağıma sürtən keçilərin axırı pis, amma çox pis olur. Amma məsələ ondadır ki, şayiə yayanlar heç ?keçi? də deyillər, uzaqbaşı birədirlər. Birənin isə ya canını aldın, ya qanını, nəticə eyni olur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR