Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyənlər üçün test imtahanı keçiriləcək - Bu tarixdə
CƏMİYYƏT
08.06.2026, 12:02
Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər test imtahanı keçiriləcək.
Mia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər üçün 17 aprel tarixindən elan olunmuş müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. Bununla əlaqədar, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı 12 iyul 2026-cı il tarixində keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək imtahan buraxılış vərəqəsində göstərilən saatda başlanacaq.
Test imtahanı Mərkəz tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar, hər bir namizəd imtahana buraxılış vərəqəsini Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
İmtahanda namizədlərə icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqları üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər söhbət mərhələsinə buraxılırlar.
Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlər linkə daxil olaraq tanış ola bilərlər.
Qeyd edək ki, "Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.7.1-1.7.4-cü bəndlərində göstərilən aşağıdakı şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər:
- prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;
- digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan şəxslər;
- hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
- əvvəllər hakim işləmiş şəxslər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və söhbətdə iştirak etmək istəyən şəxslər 13 iyuldan etibarən "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası"nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində Nazirliyin İnsan resursları idarəsinə təqdim etməlidirlər.
Təqdim etdiyi sənədlərə görə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə futbolunda növbəti çalxalanma – Bu klubların rəsmiləri saxlanıldı (SİYAHI)
Bugün, 11:57 İDMAN
-
Qazaxıstan buğda idxalına qadağa qoyub
Bugün, 11:43 İQTİSADİYYAT
-
Günay Malikqızı vəzifədən niyə ayrılıb? - Açıqlama
Bugün, 11:39 PRESS
-
Fəsillər insan psixologiyasına necə təsir edir? - Psixoloq rəyi
Bugün, 11:39 CƏMİYYƏT
-
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR (Yenilənib)
Bugün, 11:32 GÜNDƏM
-
Milli Depozit Mərkəzində yeni təyinat oldu
Bugün, 11:07 İQTİSADİYYAT
-
Arıqlama məhsullarının tərkibində təhlükəli maddələr aşkarlanıb
Bugün, 10:43 CƏMİYYƏT
-
Zelenski həmyerlimizlə bağlı sərəncam imzaladı
Bugün, 10:32 SİYASƏT
-
Türkiyədə daha bir sərnişin avtobusu aşdı: 24 yaralı
Bugün, 10:31 KRİMİNAL
-
YENİ BİNLARADA KV.METR FIRILDAĞI... - Ali Məhkəmə mübahisəli vəziyyətlə bağlı izahat yaydı
Bugün, 10:02 GÜNDƏM
-
Azərbaycan nefti daha 2 dollar bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:59 İQTİSADİYYAT
-
İran ordusu Amerikanın bölgədəki bazalarına zərbə endirib
Bugün, 09:54 DÜNYA
-
Xankəndidə bitişik bir neçə ev yanıb
Bugün, 09:50 CƏMİYYƏT
-
“İraqa getməyin” – ABŞ-dan vətəndaşlarına xəbərdarlıq
Bugün, 09:32 DÜNYA
-
“İran ABŞ-Ia danışıqları davam etdirir və…” – "Tramp buna sakit yanaşmayacaq”
Bugün, 09:24 GÜNDƏM
-
Hava limanı, körpülər… - ABŞ İranda mülki obyektləri vurub
Bugün, 09:16 GÜNDƏM
-
Özgür Özəlin Yeni Partiyası… - 24 il sonra Türkiyədə bir ilk yaşana bilər
Bugün, 09:02 SİYASƏT
-
TV RƏHBƏRİ SAXLANLDI - Məşhur yutuber dələduzluqda ittiham olunur
Bugün, 08:48 PRESS
-
Türkiyədə yenə zəlzələ oldu
Bugün, 00:29 GÜNDƏM
-
Rəsmi Tehrandan daha bir bəyanat: “Diplomatiyaya bir daha xəyanət etdilər”
Bugün, 00:17 GÜNDƏM
-
Qətər XİN İranla bağlı yayılan xəbəri təkzib edir
Bugün, 00:11 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
ABŞ ordusu İrana növbəti hücuma start verdi – Güclü partlayışlar baş verir
16.07.2026, 23:18 GÜNDƏM
-
Zelenski Hakan Fidana orden verdi – FOTOLAR
16.07.2026, 22:53 SİYASƏT
-
Konfrans Liqası: "Zirə" Gürcüstanda "Torpedo"ya qalib gəldi (YENİLƏNİB)
16.07.2026, 21:20 İDMAN
-
Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum... - Kapitanın meyiti tapıldı (Yenilənib)
16.07.2026, 20:42 GÜNDƏM
-
“Qarabağ” klubu kasıblayıb? - Telekanaldan fantastik məbləğ istəyirlər (AÇIQLAMA)
16.07.2026, 19:16 PRESS
-
"Siz həqiqətən də Sülh İnsanısınız" - Prezident İlham Əliyevdən Donald Trampa mesaj
16.07.2026, 18:37 GÜNDƏM
-
Haluk Levent və “Ahbar”ın rəhbər şəxslərinin əmlaklarına həbs qoyuldu
16.07.2026, 18:24 GÜNDƏM
-
Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırıldı
16.07.2026, 18:03 CƏMİYYƏT
-
Qadınları şantaj edən şəxslər saxlanıldı - Polis əməliyyatı
16.07.2026, 17:52 KRİMİNAL
-
Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
16.07.2026, 17:28 CƏMİYYƏT
-
Deputat Kəmaləddin Qafarov Naxçıvana "ayaq açdı" - 5 milyonluq tenderdə qalib oldu
16.07.2026, 17:12 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.07.2026, 17:00 İQTİSADİYYAT