Qan ver, həyat xilas et!

Qan ver, həyat xilas et!  

İQTİSADİYYAT

Bugün, 16:14

"“Araz” supermarketlər şəbəkəsinin 15 illik yubileyi və 14 İyun – Ümumdünya Qan Donoru Günü münasibətilə bu gün “Araz”ın baş ofisində Respublika Qan Bankı ilə əməkdaşlıq çərçivəsində qanvermə aksiyası keçirildi".

Mia.az xəbər verir ki, bu mövzu ilə bağlı “Araz” supermarketlər şəbəkəsinin daxil olduğu Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat xidməti direktoru Məhəmmədəli Qəribli öz sosial şəbəkə hesabında paylaşım edib

O daha sonra yazıb: Bu nəcib təşəbbüsə qoşularaq mən də qan verdim. Bir neçə dəqiqə vaxt ayırmaqla kiminsə həyatına ümid olmaq, sağlamlığına qovuşmasına dəstək vermək mümkündür.

Qan vermək sadəcə humanitar aksiya deyil, həm də cəmiyyət qarşısında məsuliyyət və həmrəylik nümunəsidir. Belə faydalı təşəbbüslərin təşkilinə görə “Araz” supermarketlər şəbəkəsinə və Respublika Qan Bankına təşəkkür edirəm".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR