Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda bir araya gəldi - Nələr müzakirə olunub?

Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda bir araya gəldi - Nələr müzakirə olunub?

SİYASƏT

Bugün, 18:16

İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həımkarı Maka Boçorişvili ilə görüşüb və birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər regional sabitliyə, enerji təhlükəsizliyinə və davamlı iqtisadi inkişafa töhfə verən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər bağlantı təşəbbüsləri də daxil olmaqla, birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər".

Qeyd olnub ki, regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb, Cənubi Qafqazın Avropa və Asiyanı birləşdirən əsas dəhliz kimi artan strateji əhəmiyyəti qabardılıb.

Həmçinin Azərbaycan Gürcüstan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri nəzərdən keçirilib, sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin və enerji, nəqliyyat və regional bağlantı sahələrində uğurlu əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR