Vəkillər Kollegiyası: "Elçin Sadıqova xəbərdarlıq edilməyib"

img

04-04-2016 [12:43]


"Aprelin 1-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında vəkil Elçin Sadıqova xəbərdarlıq edilməyib".

Bunu "Report"a Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin üzvü İradə Cavadova deyib.
İ.Cavadova bildirib ki, VK-nın Rəyasət Heyətinin iclasında heç E.Sadıqovun işinə baxılmayıb: "Düzdür, həmin iclasda vəkil Müzəffər Baxışovun Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib. Həmçinin iclasda digər vəkil Bəhruz Bayramova da töhmət verilməsi barədə qərar qəbul olunub. Lakin Elçin Sadıqovun nə işinə baxılıb, nə də ona xəbərdarlıq edilib".

Qeyd edək ki, aprelin 1-də VK-nın Rəyasət Heyətinin iclasında vəkil Müzəffər Baxışovun VK-nın üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib. Bundan başqa, digər vəkil Bəhruz Bayramova da töhmət verilməsi barədə qərar qəbul olunub. Vəkil Elçin Sadıqov isə özünün "facebook" səhifəsində ona VK-nın Rəyasət Heyətinin iclasında xəbərdarlıq edildiyini yazıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA