Bakıda polis əməliyyatı: iki nəfər silahlı zərərsizləşdirildi

img

02-04-2016 [14:59]


Azərbaycanda polis iki nəfər silahlı şəxsi zərərsizləşdirib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonunda Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əliməmmədovdan "TT” markalı tapança və 8 ədəd patron götürülüb.

Həmin gün Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Abbas Məmmədovdan "AK” markalı silah, 3 ədəd patron darağı və 231 ədəd patron götürülüb.

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA