DTX azərbaycanlı bomba ilə bağlı araşdırma aparır - RƏSMİ

img

01-04-2016 [14:42]


Azərbaycanda və Türkiyədə yeni terror hadisələrinin planlaşdırılması barədə xüsusi xidmət orqanlarına istinadən xəbərlər yayıldı.
Mia.az xəbər verir ki, Lent.az-ın bir az əvvəl verdiyi məlumatda (5 İŞİD-çi "şəhidlik növbəsi”ndə: Azərbaycanın adı var...) Azərbaycan üçün diqqət çəkən bir məqam var. Bildirilir ki, Rusiya Federasiyası pasportu daşıyan, Azərbaycan əsilli İsa Tupolov adlı daha bir terrorçu Suriyanın Rai bölgəsindədir. Həmin terrorçunun Türkiyə və Azərbaycanda terror hadisələrini planlaşdırdığı məlumatları var.
Bəs Azərbaycan bu terrordan necə sığortalanacaq? Bu xəbər ölkəmizdə xüsusi xidmət orqanlarının diqqətini çəkdimi? Bu suallara aydınlıq gətirmək üçün Lent.az Dövlət Təhlükəsizlik Xidmətinin ctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevlə əlaqə saxladı. DTX-ın sözcüsü bildirib ki, mətbuatda yayımlanan xəbərləri izləyirik:
" O, cümlədən yayılan bu xəbərdən də məlumatlıyıq. KİV-də yayılan bütün məlumatlarla bağlı araşdırma aparırıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA