"Kəndir axtarırdı ki, uşağın meyitini çarpayıya bağlayıb yenə döysün" - Ərinin övladını öldürdüyü ana danışdı

img

01-04-2016 [11:58]


Ağstafada 6 yaşlı uşağın atası tərəfindən öldürülməsinin səbəbi bəlli olub.

Azyaşlının anası Jalə Musayevanın ANS PRESS-ə verdiyi məlumata görə, Şəmsəddin bacısı Sevgi ilə oynayarkən bacısını söyüb. Atası isə uşağı bu əməlinə görə böyük bir odun parçası ilə döyməyə başlayıb:

"Famil uşağı döyərkən onun əlindən alıb evə apardıq. Əsəbi soyumayan Famil onun dalınca gələrək başından vurdu. Uşağın başı stula dəydi və xəsarət aldı. Nə qədər köməklik göstərsək də, onun həyatını xilas etmək mümkün olmadı. Famil hətta Şəmsəddin öləndən sonra da, kəndir axtarırdı ki, uşağın meyitini çarpayıya bağlayıb yenə döysün. Ancaq biz ona imkan vermədik”.

Kənd sakinləri isə Famil Pərvanəyevin əvvəllər məhkum olunduğunu, həyat yoldaşının ondan boşanmaq istədiyini, lakin Familin qadına boşanacağı halda onu öldürəcəyi ilə təhdid etdiyini bildirdilər.

Övladını döyərək öldürən kişi mütəmadi olaraq həyat yoldaşını da döyürmüş. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA