Bakı metrosunda ajiotaj yarandı

img

31-03-2016 [15:47]


Bu gün "Ulduz” metrostansiyasında problem yaşanıb.

Səhər 6:50 radələrində "Dərnəgül” xətti ilə gələn qatar saxlanılaraq, sərnişinlər təxliyyə olunub. Hadisə yerində olan şahidin saytımıza verdiyi məlumatına əsasən, bunu qatarda yanğın hadisəsinin qeydə alınması ilə əlaqələndiriblər.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Gün.Az-a deyib ki, səhər 06:50-də 11 saylı marşrutda nasazlıq yaranıb.

"Bu səbəbdən sərnişinlər qatardan boşaldılıb. "Nərimanov"a yaxın olduğu uçün qatar depoya göndərilib. Yanğın isə olmayıb” – deyə, N.Paşayev bildirib.

gun.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA