DİN-dən Əkrəm Əylislinin saxlanılması ilə bağlı AÇIQLAMA

img

30-03-2016 [12:51]


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə yazıçı Əkrəm Əylislinin saxlanması faktını təsdiq edib.

"Hazırda araşdırma aparılır. Nəticə bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək”(Modern.az).

"Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır".

Bu sözləri də APA-ya Orxan Mansurzadə deyib.

Xatırladaq ki, yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı hava limanında saxlanılıb. O, Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən "Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.

Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı olsa da, sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA