Bakıda dəhşətli intihar - Tibb bacısı özünü 7-ci mərtəbədən atdı

img

29-03-2016 [15:16]


Bakıda intihar hadisəsi baş verib.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Naxçıvanski 81a ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Jalə Nizami qızı Teymurova 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

İntiharın səbəbləri məlum deyil.

Polisdən bildirilib ki, Jalə Teymurova Bakıdakı tibb müəssisələrindən birində tibb bacısı işləyib.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

***
Bakıda baş verən dəhşətli intiharın bəzi təfərrüatları məlum olub. Özünü yaşadığı 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən ataraq intihar etdiyi güman edilən, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Jalə Nizami qızı Teymurova ailəli olub. Jalə Teymurovanın ziyalı ailəsində doğulduğu bildirilir.

Qeyd edək ki, özünü öldürdüyü iddia edilən şəxsin ailə üzvləri və yaxın qohumlarının yüksək vəzifələrdə işlədikləri, onların bir neçəsinin hüquq-mühafizə orqanlarında çalışdığı məlum olub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA