Qadın polis mayoru qəzada öldü

img

25-03-2016 [23:37]


Neftçalada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Neftçala rayon polis şöbəsinin müstəntiqi, polis mayoru, 1958-ci il təvəllüdlü Məlahət Mehdiyeva idarə etdiyi "Mercedes” markalı avtomobillə hərəkətdə olarkən "Kamaz” markalı avtomobillə toqquşub. Avtomobil alovlanmağa başlayıb. Hadisə yerinə FHN-nin Neftçala yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və təcili yardım maşını cəlb edilib.

Qəza nəticəsində "Mercedes”sin sürücüsü sıxılmış vəziyyətdə qaldığından sükan arxasında dünyasını dəyişib. Yolun kənarına aşan "Kamaz”ın sürücüsü, Salyan sakini, 1989 –cu il təvəllüdlü Əliyev Nahid Zəkulla oğlu və salondakı sərnişin, Bakı sakini, 1963-cü il təvəllüdlü Məmmədov Qabil Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Neftçala rayon xəstəxanasına yerləşdiriliblər. Hazırda meyitin avtomobildən çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA