Bakıda marşrut qəza törədib, ölən və yaralananlar var

img

19-03-2016 [12:53]


Bakıda daha bir avtobus qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə Pirşağı-Mehdiabad yolunda qeydə alınıb. Pirşağı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Allahverdi Məmmədov idarə etdiyi "Daewoo” markalı minik maşını İlham Əhmədovun idarə etdiyi "Daewoo” markalı 179 saylı xətt avtobusu ilə toqquşub. Nəticədə A. Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və qızı, 1993-cü il təvəllüdlü Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA