İcra başçısının ailəsində bədbəxt hadisə - 3 yaralı vertolyotla Bakıya gətirildi - Yenilənib

img

11-03-2016 [21:31]


Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin ailəsində bədbəxt hadisə baş verib. 

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, icra başçısının bacısı Kamilə Ucar rayonu ərazisində ağır yol qəzası keçirib. "Toyota" markalı avtomobillə qəzaya düşən maşında K.Babayeva ilə yanaşı, yeznəsi və qızı olub. 

Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər. Gömrük Hospitalına yerləşdirilən yaralılardan başçının bacısının vəziyyəti çox kritik qiymətləndirilir. 

Hazırda icra başçısı və ailə üzvləri xəstəxanadadırlar. 

*******

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev ailəsində baş verən bədbəxt hadisədən danışıb.

O, hazırda xəstəxanada olduğunu təsdiq edib: "Qəza zamanl nəvələrim də maşında olub. Lakin onların vəziyyəti yaxşıdır. Hazırda evdədirlər. Yeznəm də müayinə olunub, hazırda palatadadır, vəziyyəti normaldır. Bacımın vəziyyəti də düzəlmək üzrədir, qolundan əməliyyat olunub”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA