MTN işi ilə bağlı yeni fakt - Külli miqdarda mənimsəmə

img

11-03-2016 [14:18]


Ləvğ edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşlarının daha bir sahibkarın külli miqdarda pulunu ələ keçirməsi barədə məlumat var. 

Bu barədə lent.az-a vəkil Adəm Məmmədov məlumat verib. O bildirib ki, hazırda həbsdə olan MTN-nin Füzuli və Natiq adlı zabitləri Bəxtiyar adlı sahibkardan 100 min ABŞ dolları, 20 min manat və 50 ədəd İphone markalı telefonu hədə qorxu yolu ilə alıblar.

Vəkil onu da bildirib ki, artıq bununla bağlı müvəkkili Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib. Faktla bağlı araşdırma başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA