Balakəndə 23 yaşlı gəncə çoxsaylı bıçaq zərbəsi vurulub...

img

11-03-2016 [09:32]


Balakəndə 23 yaşlı gənc müəmmalı şəkildə bıçaqlanıb. 

Balakən Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 03.00 radələrində rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Eyvaz oğlu Mustafayev çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. V. Mustafayevin sağ bel nahiyəsindən, sol döşündən kəsilmiş və daxilə nüfuz edən, sağ əl pəncəsindən isə kəsilmiş bıçaq yarası aldığı müəyyənləşib. Dərhal əməliyyat olunan gənc reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Balakən rayon Polis Şöbəsindən (RPŞ) APA-ya bildirilib ki, hadisə rayonun "Qabaqçöl” adlanan ərazisində baş verib. Hazırda Balakən RPŞ-nin əməkdaşları V. Mustafayevin hansı şəraitdə və kim tərəfindən bıçaqlanmasının detalları araşdırılır.  


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA