DİN-dən Nizami Qocayevlə bağlı açıqlama

img

03-03-2016 [11:58]


Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Nizami Qocayevin yeni vəzifəyə təyin edilməsinə münasibət bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavabında polis polkovniki Nizami Qocayevin uzun müddət DİN sistemində rəhbər vəzifələrdə çalışdığını, hər zaman dövlətçiliyə, xidməti anda sədaqəti ilə seçilən peşəkar polis zabitlərindən biri olduğunu vurğulayıb: "Bəzi kütləvi informasiya vasitələrində polis polkovniki Nizami Qocayevin tutduğu vəzifədən kənarlaşdırılması barədə yayılan məlumatların heç bir əsası yoxdur. Sadəcə, bundan sonrakı xidmətini ədliyyə orqanlarında davam etdirmək arzusu nəzərə alınıb və o, Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən bu orqanın İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisi vəzifəsinə təyin olunub".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA