Nardaranda 32 nəfərin saxlanılması ilə bağlı - Rəsmi məlumat

img

02-03-2016 [17:05]


Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib k, son günlər Sabunçu rayonunun Nardaran qəsəbəsində, bəzi KİV-in iddia etdiyinin əksinə olaraq, daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri həyata keçirilməyib.

"Ölkənin hər yerində olduğu kimi, burda da hər şey öz qaydasındadır, hüquq-mühafizə orqanları tərəfindən qəsəbədəki kriminogen duruma tam nəzarət olunur. Sadəcə olaraq, Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”,- deyə o bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA