Qardaş bacısının başını kəsdi: Azərbaycanda daha bir dəhşət

img

01-03-2016 [14:51]


Sabirabad rayonunda qətl hadisəsi baş verib.

Mia.az xəbər verir ki, apa-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qalağayın kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü İbişov Famil Əlirza oğlu bacısı, 1988-ci il təvəllüdlü İbişova Hüsniyyə Əlirza qızının boğazını kəsərək qətlə yetirib.

Famil İbişov saxlanılıb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. Meyit müayinə olunmaq üçün Sabirabad rayon morquna aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA