Şirkətdə işə düzəlmək istədi - 1100 manatını mənimsədilər

img

28-02-2016 [15:03]


Salyan rayon sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Mia.az lent.az-a istinadən xəbər verir ki, Arbatan kənd sakini, 1986-cı il təvəllüdlü Əzizov Dəyanət Məmmədhəsən oğlu müraciət edərək bildirib ki, tanışı onun 1100 manatını mənimsəyib. Şikayətçi qeyd edib ki, keçən ilin 11 noyabr tarixində Dadaş adlı şəxsə onu şirkətlərdən birində işə düzəltməsi üçün pul verib. Lakin həmin şəxs vədinə əməl etməyib və pulu geri qaytarmayıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA