Dövlət Komitəsinə qarşı 3 milyon manatlıq iddia qaldırıb

img

27-02-2016 [13:35]


Azərbaycanda iki vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsini (ƏMDK) məhkəməyə verib.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Kələntərli Azər Aydın oğlu və Həbibov Elman Kazım oğlu 2 milyon 997 min 200 manat məbləğində kompensasiyanın ödənilməsi barədə tələb irəli sürüb.

İddia ərizəsində üçüncü şəxs qismində Azərbaycan Maliyyə Nazirliyi göstərilib.

Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalanA.Kələntərli, Maliyyə Nazirliyi və ƏMDK apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.
report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA