Qadını kimsəsiz yerə aparıb - Döyərək zorladı

img

27-02-2016 [13:16]


Bakıda dəhşətli zorlama hadisəsi baş verib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Sumqayıt şəhər sakini 1970-ci il təvəllüdlü E.M polis bölməsinə ərizə ilə müraciət edərək zorlandığını bildirib.

O deyib ki, gecə saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində Xəyyam adlı şəxs onu döyərək zorla cinsi əlaqədə olub.

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qadını zorlayan şəxsin kimliyi bəlli olub. Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Xəyyam Quliyev (soyad şərtidir) şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA